30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur


Dünya 09 Noy 2019 16:51:00 307 0

30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur

Son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1150-si qaçmağa nail olub. 

Son.az oxu.az-a istinadən bildirir ki, terror təşkilatından xilas olan qadınlar başlarına açılan oyunları danışıblar. Onların sözlərinə görə, qaçırılan qız uşaqları və qadınlara qarşı insanlıqdan kənar hərəkətlər edilir. 

Məlumatlara görə, bu günə qədər terrorçular tərəfindən qaçırılan qadınların 79 faizi 15-22 yaş arasında olub.

Terrorçuların qurbanları bildiriblər ki, qaçırıldıqdan sonra Kandilə aparılıblar və 30 gün müddətində burada təcavüzə məruz qalıblar. Buradan qaçmaq istəyənlərə isə "casus" damğası vurulub və edam ediliblər. 

(adsgarden = window.adsgarden || []).push({});