Kilolu xanımlar necə geyinməlidir?


Digərləri 09 Noy 2019 16:54:00 304 0

Kilolu xanımlar necə geyinməlidir?

Müxtəlif səbəblərdən bir çox xanımlar artıq çəkidən əziyyət çəkirlər. Kilosundan narazı olan bəzi xanımlar düşünürlər ki, nə geyinsələr onlara yaraşmayacaq. Bu səbəbdən bir çoxları qara geyimlərə üstünlük verir, digər rənglərdən imtina edirlər. Bəzən də xanımlar kiçik ölçülü geyimlərlə kilolarını gizlətməyi düşünürlər?

Bəs, əslində kilolu xanımlar necə geyinməlidir?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az modelyer Arzu Əliyeva ilə əlaqə saxlayıb.

O bildirib ki, kilolu xanımların əksəriyyəti geyim seçərkən düzgün seçim etmirlər:

"Xanımlar düşünürlər ki, qara tonlarda olan geyimlə və ya dar paltarlarla kilolarını gizlədə bilərlər. Ancaq bu yanlış düşüncədir. Düzdür qara parçadan olan geyimlər insanı incə və dəbli göstərir. Lakin ömür boyu qara geyinmək mümkün deyil. Geyim seçərkən məntiqlə seçim etmək lazımdır. Bütün rənglərdən istifadə etmək olar. Lakin rəng və paltar seçimində doğru addım ataraq incə və şıq görünmək olar. Bunun üçün vücudunuzu düzgün tanımalı və ona uyğun geyim seçməlisiniz. Dar geyimlər isə kök xanımların qüsurlu hissələrini daha qabarıq şəkildə üzə çıxarır. Buna görə də dar geyinmək yerinə, üzərinizdə düzgün oturan paltar seçməlisiniz. Bilək, topuq və boyun hissəsi açıq olan geyimlər qadınları incə və boylarını uzun göstərir. Bundan başqa üfüqü zolaqlı və böyük naxışlı geyimlərdən uzaq durmaq məsləhətdir. Geyimlərin üzərində kiçik və incə naxışlar yaxud şaquli zolaqlı paltarlar sizə daha zərif görünüş bəxş edəcək. Kilolu xanımlar qara parçadan olan geyimlərdən istifadə edərkən isə üzərinə maraqlı bir aksesuar taxaraq və sadə bir saç düzümü ilə çox zərif və dəbli görünə bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});