Küveyt Dövlət Universitetində Tarix İnstitutunun nəşrlərinin təqdimatı olub (FOTO)


Digərləri 09 Noy 2019 16:42:00 89 0

Küveyt Dövlət Universitetində Tarix İnstitutunun nəşrlərinin təqdimatı olub (FOTO)

Küveyt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin təqdimatı keçirilib.

Bakı. Küveyt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin təqdimatı keçirilib. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bu nəşrlər “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “Real tarix və “Böyük Ermənistan” uydurması” kitablarıdır. Universitetin mühazirə zalında keçirilən tədbirdə sosial elmlər fakültəsinin dekanı Hamud Əl-Qaşan bildirib ki, Küveytin xarici siyasətində Azərbaycan mühüm yer tutur: “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ingiliscə nəşrini oxumuşam. Bu nəşr əsasında filmlər çəkilə bilər. “İrəvan xanlığı”ndan universitetdəki tədris prosesində geniş istifadə olunacaq”. Hamud Əl-Qaşan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərək deyib ki, Azərbaycan xalqı təcavüzkar deyil, özünü müdafiə edir. Təcavüzkar ölkə Ermənistandır. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov geniş çıxışında qeyd edib ki, bu gün elmi müəssisənin nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur: “Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb”. Yaqub Mahmudov deyib: “Küveytli gəncləri qardaş Azərbaycanın tarixini dərindən öyrənməyə çağırıram. Azərbaycan xalqı böyük imperiyalar yaradıb. 200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix çar Rusiyası tərəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə başlayıb. Faciələrin təkrarlanmaması üçün tarixdən ibrət dərsləri almalıyıq”. (adsgarden = window.adsgarden || []).push({}); Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Yaqub Mahmudovun məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. O, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb. Sonda akademik Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanova və dekan Hamud Əl-Qaşana tədbirin mükəmməl təşkilinə görə təşəkkür edərək, Tarix İnstitutunun ərəbcə nəşrlərini universitetin kitabxanasına hədiyyə edib. Qeyd edək ki, Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli, eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmud və Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli daxil olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bakıda avtomobil oğrusu saxlanılıb like
  • 09 Noy 16:39  
Kriminal Bakıda avtomobil oğrusu saxlanılıb

Bakıda avtomobil oğrusu saxlanılıb.

arrow Ətraflı
Rövşanə fotoşop edən müğənniləri ələ saldı like
  • 09 Noy 16:33  
Şou-biznes Rövşanə fotoşop edən müğənniləri ələ saldı

Aparıcı Rövşanə Ağasəfqızı yenə şou-biznes nümayəndələrinə söz

arrow Ətraflı
İnsanlar hansı yaşda işdən getməlidir? like
  • 09 Noy 16:30  
Digərləri İnsanlar hansı yaşda işdən getməlidir?

"İnsanlar var ki, 90 yaşına qədər faydalılıq funksiyaları yüksək

arrow Ətraflı
Çovdar çörəyi artıq çəki yaratmır like
  • 09 Noy 16:24  
Digərləri Çovdar çörəyi artıq çəki yaratmır

Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir

arrow Ətraflı
Bakıda avtomobil oğrusu saxlanılıb like
  • 09 Noy 16:23  
Digərləri Bakıda avtomobil oğrusu saxlanılıb

Bakıda avtomobil oğrusu saxlanılıb

arrow Ətraflı
Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq like
  • 09 Noy 16:21  
Digərləri Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şə

arrow Ətraflı
Otaq spreylərinin ölümcül təhlükəsi like
  • 09 Noy 16:18  
Digərləri Otaq spreylərinin ölümcül təhlükəsi

Əksər məkanlarda, hətta evlərdə də ən çox istifadə olunan məhsullarda

arrow Ətraflı
Bu da oldu like
  • 09 Noy 16:12  
Digərləri Bu da oldu

 Perm klassik universitetinin alimləri sosial şəbəkə istifadəçilərinin

arrow Ətraflı
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları like
  • 09 Noy 16:06  
Digərləri Dünya ulduzlarının ən bahalı bəzək əşyaları

"People talk" dərgisi dünya ulduzlarının ən bahalı əşyaları i

arrow Ətraflı
Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq like
  • 09 Noy 16:01  
Digərləri Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Səhiyyə Nazirliyi bəzi KİV-lərdə və sosial şəbəkələrdə qurumun adı

arrow Ətraflı
Bu parçalardan olan geyimlər dəbdə olacaq like
  • 09 Noy 16:00  
Digərləri Bu parçalardan olan geyimlər dəbdə olacaq

Uzun illərdir heyvan dərisini xatırladan parçalardan hazırlanan geyimlər t

arrow Ətraflı
Bu reseptlə tər qoxusuna son qoyun like
  • 09 Noy 15:54  
Digərləri Bu reseptlə tər qoxusuna son qoyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifad

arrow Ətraflı