Zakir Həsənov: Hər bir Azərbaycan əsgəri işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır (FOTO/VİDEO)


Digərləri 09 Noy 2019 16:50:00 54 0

Zakir Həsənov: Hər bir Azərbaycan əsgəri işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır (FOTO/VİDEO)

Müdafiə naziri Dövlət Bayrağı Gününü hərbi hissədə qeyd edib

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və “Açıq qapı günü” ilə əlaqədar tədbirdə iştirak ediblər. Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra hərbi hissədə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər sıra meydanında Vətənə sədaqət andı içiblər. “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Bayram nitqi ilə çıxış edən Müdafiə naziri Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusu sürətlə inkişaf edir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub. Nazir qeyd edib ki, ordumuz müasir silah və hərbi texnika ilə silahlanır, yeni hərbi hissələr, yaşayış kompleksləri inşa edilərək istifadəyə verilir: "Bütün bunlar bizə imkan verir ki, Azərbaycan Ordusunun qoşun növləri, hərbi hissələri və bölmələrinin döyüş qabiliyyətini, o cümlədən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlayaq, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirək, xalqımızın ordusuna və işğal olunmuş torpaqların tezliklə azad olunacağına inamını daha da artıraq, gənc nəsli isə hərbi xidmətə həvəsləndirək. Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır”. Nazir Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edərək ona uğurlar arzulayıb. Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb. Əsgər valideynləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi xidmətlə əlaqədar onları maraqlandıran sualları cavablandırıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq vəzifəli şəxslərə göstərişlər verib. Sonra “Açıq qapı günü” çərçivəsində Müdafiə naziri tədbir iştirakçıları ilə birlikdə hərbi hissədə təşkil olunan “Azərbaycanın tarixi bayraqları” sərgisinə baxış keçirib. Tədbir iştirakçılarına tarixin müxtəlif dövrlərinə təsadüf edən Azərbaycanın dövlət bayraqları haqqında ətraflı məlumat verilib. Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında geniş konsert proqramı ilə davam edib. Tədbirin sonunda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Qarabağda 2800 yaşı olan eksponatlar like
  • 09 Noy 16:48  
Digərləri Qarabağda 2800 yaşı olan eksponatlar

Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında unikal tarixi eksp

arrow Ətraflı
Küveyt Dövlət Universitetində Tarix İnstitutunun nəşrlərinin təqdimatı olub (FOTO) like
  • 09 Noy 16:42  
Digərləri Küveyt Dövlət Universitetində Tarix İnstitutunun nəşrlərinin təqdimatı olub (FOTO)

Küveyt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Tar

arrow Ətraflı
Bakıda avtomobil oğrusu saxlanılıb like
  • 09 Noy 16:39  
Kriminal Bakıda avtomobil oğrusu saxlanılıb

Bakıda avtomobil oğrusu saxlanılıb.

arrow Ətraflı
Rövşanə fotoşop edən müğənniləri ələ saldı like
  • 09 Noy 16:33  
Şou-biznes Rövşanə fotoşop edən müğənniləri ələ saldı

Aparıcı Rövşanə Ağasəfqızı yenə şou-biznes nümayəndələrinə söz

arrow Ətraflı
İnsanlar hansı yaşda işdən getməlidir? like
  • 09 Noy 16:30  
Digərləri İnsanlar hansı yaşda işdən getməlidir?

"İnsanlar var ki, 90 yaşına qədər faydalılıq funksiyaları yüksək

arrow Ətraflı
Çovdar çörəyi artıq çəki yaratmır like
  • 09 Noy 16:24  
Digərləri Çovdar çörəyi artıq çəki yaratmır

Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir

arrow Ətraflı
Bakıda avtomobil oğrusu saxlanılıb like
  • 09 Noy 16:23  
Digərləri Bakıda avtomobil oğrusu saxlanılıb

Bakıda avtomobil oğrusu saxlanılıb

arrow Ətraflı
Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq like
  • 09 Noy 16:21  
Digərləri Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şə

arrow Ətraflı
Otaq spreylərinin ölümcül təhlükəsi like
  • 09 Noy 16:18  
Digərləri Otaq spreylərinin ölümcül təhlükəsi

Əksər məkanlarda, hətta evlərdə də ən çox istifadə olunan məhsullarda

arrow Ətraflı
Bu da oldu like
  • 09 Noy 16:12  
Digərləri Bu da oldu

 Perm klassik universitetinin alimləri sosial şəbəkə istifadəçilərinin

arrow Ətraflı
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları like
  • 09 Noy 16:06  
Digərləri Dünya ulduzlarının ən bahalı bəzək əşyaları

"People talk" dərgisi dünya ulduzlarının ən bahalı əşyaları i

arrow Ətraflı
Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq like
  • 09 Noy 16:01  
Digərləri Səhiyyə Nazirliyi: Dərman reklamına görə məsuliyyət daşımırıq

Səhiyyə Nazirliyi bəzi KİV-lərdə və sosial şəbəkələrdə qurumun adı

arrow Ətraflı