Bakıda avtomobil oğrusu saxlanılıb


Kriminal 09 Noy 2019 16:39:00 246 0

Bakıda avtomobil oğrusu saxlanılıb

Bakıda avtomobil oğrusu saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.