Nazirlikdə ictimai müzakirə keçirildi (FOTO)


Digərləri 09 Noy 2019 15:25:00 229 0

Nazirlikdə ictimai müzakirə keçirildi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sahə üzrə normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sahə üzrə normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti addım kimi, nazirlikdə pensiya sistemi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə dair ictimai müzakirə təşkil olunub. Görüşdə pensiya təminatı sahəsində aparılan islahatlar barədə məlumat verilib. Bu islahat tədbirlərinin hazırlanması və həyata keçirilməsi işlərində vətəndaş cəmiyyətlərinin fəal iştirakına şərait yaradılmasının diqqətdə saxlandığı vurğulanıb. QHT nümayəndələri belə ictimai müzakirələrin təşkilinin sosial sahədə islahatlar prosesində müsbət nəticələrə nail olunmasında əhəmiyyətini vurğulayıb.