Məşhur brendlər kürkdən imtina etdi


Dünya 09 Noy 2019 15:12:00 266 0

Məşhur brendlər kürkdən imtina etdi

Artıq bir neçə ildir məşhur moda evləri xəz dəridən istehsal edilən kürklərdən istifadə etmirlər.

Son.az Lent.az-a istinadən bildirir ki, buna səbəb isə heyvanların qorunması ilə bağlı atılan addımlardır.

"Gucci", "Versace", "Armani", "Tommy Hilfiger", "Calvin Klein", "Stella McCartney" və "Ralph Lauren" kimi bir çox marka, keçən il kolleksiyalarında xəz istifadəsini dayandırdıqlarını bildirdilər. Bu il isə artıq ABŞ-ın Kaliforniya ştatında da xəzlərin istehsalı və satışı qadağan edilib. Məlumata görə, qanunla 2023-cü ildən sakinlərin xəzdən hazırlanan paltar, ayaqqabı və çanta almaqları qadağan ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});