Erməniləri yer üzündən silmək istəyən hökmdar


Digərləri 09 Noy 2019 15:06:00 250 0

Erməniləri yer üzündən silmək istəyən hökmdar

İbn Ərəbşah onun barəsində yazırdı: "Teymurun ordusu səfərə çıxanda sanki vəhşi heyvanlar yer üzünə səpələnmiş, göydəki ulduzlar yerə yağmış, dağlar ayaqlanaraq qaçırmış, qübbələr dağılmış, yer yerindən oyanamış kimi olurdu.

Əmir Teymur bəzi əlamətlərlə doğulmuşdu, bunlardan biri dünyaya gələrkən ovucunda görünən qan idi, eynən Monqol İmperiyasının hökmdarı Çingiz Xan kimi. Bir sıra mənbələrdə doğularkən saçının ağ olduğu bildirilir. Doğulduğu gün, yəni aprelin 9-da (1370-ci il) taxta çıxması da Teymurun maraqlı şəxsiyyət olduğunu göstərən amillərdən biridir.

Son.az Axar.az-a istinadən Teymurilər İmperiyasının hökmdarı Əmir Teymur haqda yazını təqdim edir:

Teymurun 1360-cı ilə qədərki gənclik illəri ilə bağlı o qədər də geniş məlumat yoxdur. Ərəb tarixçiləri İbn Xəldun və İbn Ərəbşah Teymurun uşaqlığının atası Tarağayla at, inək oğurlayaraq və kiçik dəstələrlə basqınlar edərək keçirdiyi iddiasında həmfikirdir. Rəvayətə görə, Teymur İbn Xəlduna sağ ayağının axsamasının kiçik yaşlarında basqında aldığı zərbədən yarandığını demişdi.

Bu axsaqlıq səbəbindən Şərq mənbələrində Teymura "Teymurləng", Qərb mənbələrində isə "Tamerlan" deyə xitab edilir. Amma bir çox mənbə Teymurun bir savaş vaxtı yaralandığını iddia edir.

"Çingiz Xan dünyasının yeni qurucusu"

Teymur Barlas boyundan idi. Barlaslar türk-monqol ənənələrini davam etdirən bir boy idi. Təsadüfi deyil ki, Əmir Teymur da Çingiz Xan kimi imperiyanı qurmağa kiçik qəbilələri birləşdirməklə başlamışdı. Bu baxımdan, Teymurun tərcümeyi-halı monqol hökmarında çox yaxındır. Teymur öz hakimiyyətini qəbul etdirmək üçün ətrafına Çingiz Xan soyundan gələn şəxsləri yığmışdı. Üstəgəl, Çingiz Xan soyuna bağlı Saray Mülk Xanımı həyat yoldaşı olaraq seçmişdi. Övladlarına və nəvələrinə də Çingiz Xan soyundan olan gəlinlər almışdı.

Teymurun fəthələri "Çingiz dünyasının yeni qurucusu" prinsipinə əsaslandırırdı. Bununla da kifayətlənməyib istilalarını İslam və şəriəti qorumaq adıyla davam etdirmişdi. Teymur şəxsi həyatında və sarayında türk-monqol və İslam ənənələrini yaşatmışdı. Əmir Teymur monqol kimi dünyaya gəlmişdi, lakin mənsub olduğu boy və coğrafiya səbəbindən türkləşmişdi. Özünü də türk kimi qəbul edirdi.

Firdovsinin məzarında dediyi sözlər

Gənclik illərindəki ağır mübarizələrdən sonra 1370-ci ildə Teymur Səmərqənddə öz hakimiyyətini elan etdi və vaxt itirmədən hücumlara başladı. Teymurilər İmperiyasının əsası həmin ildə qoyulub. Adı tarixə "Heç bir savaşda məğlub olmayan hökmdar" kimi yazılsa da, iddiaya görə, imperiya elan olunmamışdan beş il əvvəl - 1365-ci ildə köçəri monqollarla girdiyi bir döyüşdə yağış yağması səbəbindən məğlub olmuşdu.

Lakin imperiya qurduqdan sonra heç bir savaşda məğlub olmadı.

Teymur ilk səfərini 1371-ci ildə Xarəzmə edir. Xorasanı öz dövlətinin ərazilərinə qatdıqdan sonra 1381-ci ildə Tus şəhərinə girərkən öz əsərlərində türkləri pisləyən "Şahnamə"nin yazarı, iranlı şair Firdovsinin məzarını soruşur.Əmir Teymur Firdovsinin xaraba qalmış məzarı qarşısına keçərək deyir: "Ey Firdovsi, qalx, hər sətrində pislədiyin məğlub türkü indi gör. Qalx, bax, İsfahan gözəldir, yoxsa Səmərqənd? Bağdaddan bu yatdığın yerə qədər bir nəfər də sağ fars buraxmadım. Artıq topal ayağımın basdığı yerdə ot bitmir".

Osmanlı sultanı əsirlikdə

Teymur hücumlarının ilk illərində Gürcüstan, Azərbaycan və Osmanlının bir hissəsini öz imperiyasına qatmışdı. Azərbaycan ərazilərinə hücumlarda Ağqoyunlu və Qaraqoyunlu dövlətləri ilə savaşmışdı. Bu hücumların sonunda tarixi Azərbaycan dövlətlərini öz imperiyalarına qata bilmişdi. Qızıl Ordaya hücum edən Teymur burada da zəfər qazanmışdı.

1395-ci ildə şimala yönələn Əmir Teymur Moskva və Kiyevə hücum etmişdi. Bundan sonra 1398-ci ildə Hindistana girmiş və Dehlini ələ keçirmişdi.

Teymur tarixin ən uzunömürlü imperiyalarından biri Osmanlını da məğlub etmişdi. Lakin o, Osmanlı ilə qarşılaşmaq istəmirdi. Osmanlı sultanına birlikdə savaşmağı təklif etsə də, bu təklifi qəbul olunmamışdı. Daha doğrusu, Teymur Osmanlını öz imperiyasına birləşdirmək istəyirdi, Sultan Bəyazid isə bunu qəbul etmədi. Nəticədə Teymurilər 1402-ci ildə Osmanlı ordusunu məlubiyyətə uğratdı və İldırım Bəyazid əsir götürüldü.

Osmanlı sultanı bu məlubiyyətdən bir il sonra - 1403-cü ildə əsirlikdə vəfat etdi. Əmir Teymur isə 1405-ci ildə taxtını Pir Məhəmmədə vəsiyyət edərək həyata gözlərini yumdu.

Teymurilərin tarix səhnəsindən çıxışı

(adsgarden = window.adsgarden || []).push({});