Çox dadlı yemək menyusu Usta öz sirlərini açır


Digərləri 09 Noy 2019 15:00:00 258 0

Çox dadlı yemək menyusu  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi: 500 qr çəkilmiş ət, 300 qr soğan, 100 qr duru yağ, .0.5 kq kartof, 50 qr zirinc, 1 ədəd kök, 1 ədəd pomidor, 1 çay qaşığı smetan, 1 çay qaşığı mayonez, duz, istiot (zövqə görə), 1 stəkan qaynar su.

Hazırlanma qaydası: Öncə tavaya yağ tökürük. Yağ qızandan sonra orta ölçüdə doğranılmış soğanları əlavə edirik. Soğana duz əlavə edib bir az qovururuq. Sonra çəkilmiş əti əlavə edirik. Soğanla əti birlikdə qarışdırıb üzərinə qaynar su tökürük. Daha sonra kökü doğrayıb əlavə edirik və bir az qarışdırıb zirinc əlavə edərək qapağını örtürük. 10 dəqiqə bişdikdən sonra qapağı açıb, duz əlavə edirik (zövqə görə, istiot və sarıkök də əlavə etmək olar). Qapaq açıq vəziyyətdə əti qovururuq, tam suyu çəkildikdən sora ocaqdan götürürük.

Digər tavada kartofu qızardırıq. Kartofların bir üzü qızardıqdan sonra duz əlavə edib digər üzünü qızarırıq.

(adsgarden = window.adsgarden || []).push({});