XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir


Digərləri 09 Noy 2019 14:28:46 260 0

XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir.

Bakı. Ləman Zeynalova - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Bildirilir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal iştirakını davam etdirməkdədir. Məlumatda qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir Bizim qəti mövqeyimiz budur ki, münaqişənin yalnız siyasi diplomatik vasitələrlə, tərəflər arasında danışıqlar yolu ilə həll olunması vacibdir. Fikrimizcə, siyasi iradə olduğu halda diplomatik səylərlə gec-tez irəliləyişə nail olmaq və razılığa gəlmək mümkün olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin