“Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol artıq özünü göstərməyə başlayıb


Siyasət 09 Noy 2019 13:27:00 41 0

“Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol artıq özünü göstərməyə başlayıb

"Çinin qlobal əhəmiyyətli "Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol, Azərbaycan-Çin münasibətlərində artıq öz əhəmiyyətini göstərməyə başlayıb".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Coğrafi mövqeyinə görə Azərbaycanın Qafqazda Çinin etibarlı partnyoruna çevrildiyini vurğulayan Milli Məclis üzvünün sözlərinə görə, Çin 2013-cü ildə "Kəmər və Yol Layihəsi"ni (KYL) təklif etdikdən sonra onun iqtisadi və siyasi münasibətlərinin miqyası böyüməyə başlayıb.

O hesab edir ki, Avrasiya məkanında müxtəlif ölkələrlə əlaqələrini inkişaf etdirən Çinin Cənubi Qafqaz regionuna da marağı artıb. Cari ilin aprel ayında Prezident İlham Əliyevin Cənubi Qafqazda "Bir kəmər, Bir yol" layihəsi ilə bağlı təşkil edilən foruma dəvət alan yeganə lider olması, rəsmi Pekinin, ölkəmizi regionda əsas siyasi və iqtisadi tərəfdaşı hesab etdiyini göstərir.

Deputatın fikrincə, "Bir kəmər, bir yol" təşəbbüsü ticarət, turizm, nəqliyyatda yeni imkanların yaradılmasına, xalqlararası münasibətlərin qurulmasına, Avrasiya məkanında sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir: "Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq region üçün çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizidir".

B.Əliyev qeyd edib ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirib: "Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Çinlə münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqətdə saxlayır".

Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropa hərəkət etməkdədir.

"Marlboro Man" öldü like
  • 09 Noy 13:24  
Digərləri "Marlboro Man" öldü

1960-cı illərdə çəkdirdiyi şəkil ilə qısa zamanda bütün dünyada tan

arrow Ətraflı
Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı like
  • 09 Noy 13:19  
Dünya Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı

Türkiyənin Bolu vilayətində ayaqları qoparılmış altı pişik cəsədi ta

arrow Ətraflı
Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib (VİDEO) like
  • 09 Noy 13:08  
Digərləri Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib (VİDEO)

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını

arrow Ətraflı
Roza efirdə özündən çıxdı: "Oğlanı diz çökdürüb, vurur" like
  • 09 Noy 13:04  
Şou-biznes Roza efirdə özündən çıxdı: "Oğlanı diz çökdürüb, vurur"

Bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olan gəncin d

arrow Ətraflı
Aydın Səfixanlı: "İnanıram ki, BMTnin son qətnaməsi..." like
  • 09 Noy 12:59  
Siyasət Aydın Səfixanlı: "İnanıram ki, BMTnin son qətnaməsi..."

"İnanıram ki, BMT Baş Assambleyasının "İrqçiliyin, irq ayrıse

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb like
  • 09 Noy 12:55  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Noyabrın 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Azərbaycanlı aktrisa ölən anasının like
  • 09 Noy 12:54  
Şou-biznes Azərbaycanlı aktrisa ölən anasının

Aktrisa-aparıcı Könül Yusif qızının anası Məmmədova Suvaranın ölüm

arrow Ətraflı
Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, like
  • 09 Noy 12:49  
Digərləri Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi,

Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada

arrow Ətraflı
Elmar Məmmədyarov Türkiyədə səfərdədir like
  • 09 Noy 12:34  
Siyasət Elmar Məmmədyarov Türkiyədə səfərdədir

Azərbaycanın Xarici İşlər Naziri Elmar MəmmədyarovTürkiyə Respublikası

arrow Ətraflı
Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir like
  • 09 Noy 12:32  
Digərləri Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçm

arrow Ətraflı
Müğənniyə efir vaxtı zəng etdi: aldığı cavab TƏƏCCÜBLƏNDİRDİ: like
  • 09 Noy 12:29  
Şou-biznes Müğənniyə efir vaxtı zəng etdi: aldığı cavab TƏƏCCÜBLƏNDİRDİ:

Tarix Əliyev (Tolik) həmkarı Zaur Kamalı ARB-nin "Səhər-Səhər"

arrow Ətraflı