Nargin mayakı: Bakıya gedən yolu göstərən işıq


Digərləri 09 Noy 2019 12:04:00 292 0

Nargin mayakı: Bakıya gedən yolu göstərən işıq

Son.az oxu.az-a istinadən xəbər verir ki, 1885-ci ilin yanvarında "Pilot qeydləri" adlı rus dərgisində yazılır:

"Hidrologiya departamentinin dənizçilərə nəzarət şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzər dənizində - Nargin adasının qərb qurtaracağında, Bakı buxtasının girişində yeni mayak işıqlandırma üçün açıqdır.

Mayakın işığı 15 saniyədən bir yanan daimi, ağ işıqdır. O, dəniz səviyyəsindən dörd fut yüksəklikdə yerləşir və üfüq qövsünü 325° işıqlandırır, dördüncü kateqoriyanı əks etdirən işıqlandırma cihazına malikdir".

Nargin mayakının Bakı ilə ayrılmaz bağlılığının tarixi bu qeyddən sonra başlayır.

Buna qədər Bakı mayakı rolunu Qız qalasının yuxarı meydanında quraşdırılmış qurğu icra edirdi. Ancaq Nargin mayakı istifadəyə verildikdən sonra Qız qalasındakı işığa ehtiyac qalmadı və o söndürüldü.

Daim təkmilləşdirilən Nargin mayakında 1912-ci ildə qüllə inşa edildi və ora dünyada ilk olan asetilen işıqlandırma cihazı ilə işıqlandırılan yeni bir fənər qoyuldu. Bu aparatın istehsalına görə istedadlı isveçli mühəndis Nils Gustav Dalen fizika üzrə Nobel mükafatına layiq görülüb.

(adsgarden = window.adsgarden || []).push({});