Tramp Moskvada paradda iştirak etmək istədiyini deyib


Dünya 09 Noy 2019 11:34:00 317 0

Tramp Moskvada paradda iştirak etmək istədiyini deyib

ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, amerikalı lider bunu TASS informasiya agentliyinin sualını cavablandırarkən deyib.

D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb. Lakin 2020-ci ildə həmin dönəmlərdə ABŞ-da seçkiöncəsi olduğu üçün Moskvaya səfər edib-etməyəcəyi barədə konkret söz deməyə çətinlik çəkdiyini deyib.