Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb


Digərləri 09 Noy 2019 10:54:00 285 0

Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb

Bakının Nərimanov rayonunda mübahisə zəminində döyülmə hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov parkında qeydə alınıb. 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə edərkən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər onlara söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.