“İçərişəhər”də Yeni il bayramının keçirilməsi ilə əlaqədar tender elan edildi


Digərləri 09 Noy 2019 10:27:50 235 0

“İçərişəhər”də Yeni il bayramının keçirilməsi ilə əlaqədar tender elan edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib.

Bakı. İlhamə İsabalayeva - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib. Trend-in məlumatına görə, tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az portalı vasitəsi ilə təqdim edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri dekabrın 2-dək təqdim etməlidirlər. İddiaçıların təklifləri dekabrın 11-də açılacaq.