Tramp Qələbə günü münasibətilə Moskvada paradda iştirak etmək istədiyini deyib


Digərləri 09 Noy 2019 09:58:10 228 0

Tramp Qələbə günü münasibətilə Moskvada paradda iştirak etmək istədiyini deyib

Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Bakı. ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib. Trend-in məlumatına görə, amerikalı lider bunu TASS informasiya agentliyinin sualını cavablandırarkən deyib. D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb. Lakin 2020-ci ildə həmin dönəmlərdə ABŞ-da seçkiöncəsi olduğu üçün Moskvaya səfər edib-etməyəcəyi barədə konkret söz deməyə çətinlik çəkdiyini deyib. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin