Konstitusiya Məhkəməsinin sədrindən xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA


Digərləri 09 Noy 2019 09:37:00 40 0

Konstitusiya Məhkəməsinin sədrindən xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. O qeyd edib ki, 2019-cu il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir. F.Abdullayevin sözlərinə görə, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və Cinayət Məcəlləsinin müvafiq normalarının mənası baxımından belə qənaətə gəlib ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız ölkəmizin Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Həmçinin qeyd edilib ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz: “Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"İstədiyim kimi geyinərəm, qarışmayın" like
  • 09 Noy 09:32  
Digərləri "İstədiyim kimi geyinərəm, qarışmayın"

Dünyanın ən çox qazanan modelleri siyahısında birinci olan Cici Hadid geyi

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 20 dəfə pozub like
  • 09 Noy 09:32  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək like
  • 09 Noy 09:27  
Digərləri Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

Bu gün Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında "Sağ

arrow Ətraflı
Həftə bu görüntülərlə yadda qaldı like
  • 09 Noy 09:10  
Dünya Həftə bu görüntülərlə yadda qaldı

Çin, Honkonq və İraqda etiraz aksiyaları, Rusiyada Xalq Birliyi Günü, AB

arrow Ətraflı
İstanbulda restoranda silahlı dava baş verib like
  • 09 Noy 09:02  
Dünya İstanbulda restoranda silahlı dava baş verib

İstanbulda davaya çevrilən bir mübahisədə iki nəfər yaralanıb.

arrow Ətraflı
İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb like
  • 09 Noy 08:59  
Digərləri İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb

"UPS Flight Forward" çatdırılma xidmətinin törəmə pilotsuz təy

arrow Ətraflı
Yeni “Xiaomi” televizorları nümayiş olunub like
  • 09 Noy 08:51  
Digərləri Yeni “Xiaomi” televizorları nümayiş olunub

"Xiaomi" şirkəti Çində keçirilən tədbirdə yeni "Mi Tv 5 P

arrow Ətraflı
Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır like
  • 09 Noy 08:46  
Digərləri Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır

Xiaomi şirkəti özünün Mi Watch adlı smart saat modelini təqdim etdi. İnd

arrow Ətraflı
Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb like
  • 09 Noy 08:43  
Digərləri Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb

Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Nəticədə sürücü xəs

arrow Ətraflı
“Microsoft” elastik “maus” və qeyriadi klaviatura təqdim edib like
  • 09 Noy 08:41  
Digərləri “Microsoft” elastik “maus” və qeyriadi klaviatura təqdim edib

Elastik qurğuların istehsalı yalnız smartfon seqmentinə deyil, həm də kom

arrow Ətraflı
İstanbulda restoranda silahlı dava baş verib like
  • 09 Noy 08:38  
Digərləri İstanbulda restoranda silahlı dava baş verib

İstanbulda davaya çevrilən bir mübahisədə iki nəfər yaralanıb

arrow Ətraflı
Redmi K30 smartfonu Snapdragon prosessorundan məhrum ola bilər like
  • 09 Noy 08:35  
Digərləri Redmi K30 smartfonu Snapdragon prosessorundan məhrum ola bilər

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Redmi

arrow Ətraflı
Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb like
  • 09 Noy 08:33  
Digərləri Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb

Bakının Nərimanov rayonunda mübahisə zəminində döyülmə hadisəsi baş

arrow Ətraflı