Yeni “Xiaomi” televizorları nümayiş olunub


Digərləri 09 Noy 2019 08:51:00 286 0

Yeni “Xiaomi” televizorları nümayiş olunub

"Xiaomi" şirkəti Çində keçirilən tədbirdə yeni "Mi Tv 5 Pro" istehsal xəttinə daxil olan üç televizor modeli təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Quantum Dot QLED" kvant pikselli ekranlarla təchiz edilən televizorlar "HDR10 " genişləndirilmiş dinamik diapazonu, "8K" dekodlaşdırmasını dəstəkləyir və şirkətin bahalı qiymət sinfinə aid edilir.

Yeni modellər "Amlogic T972" prosessoru ilə təchiz olunub, təsvirin hərəkətini daha rəvan edən "MEMC" texnologiyasını dəstəkləyir, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Yeni "Mi Tv 5 Pro" televizorlarının korpusunun qalınlığı 5,9 millimetr təşkil edir ki, bu da 8,1 millimetr qalınlıqlı "iPhone 11" smartfonundan daha nazikdir.

Məlumata görə, 55 düymlük "Xiaomi Mi Tv 5 Pro" modelinin təxmini qiyməti 525 dollar, 65 düymlük versiyanın 700 dollar, 75 düyümlüyün isə 1 400 dollar təşkil edir.

(adsgarden = window.adsgarden || []).push({});