“Microsoft” elastik “maus” və qeyriadi klaviatura təqdim edib


Digərləri 09 Noy 2019 08:41:00 278 0

“Microsoft” elastik “maus” və qeyriadi klaviatura təqdim edib

Elastik qurğuların istehsalı yalnız smartfon seqmentinə deyil, həm də kompüter aksesuarları istehsalçılarına öz təsirini göstərib. "Microsoft" ovuc forması şəklində bükülən orijinal "maus" təqdim edib. Şirkətin ikinci yeniliyi "Office 365" ofis paketinə sürətli girişə malik erqonomik klaviatura olub.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Microsoft Mavic Arc Mouse" qurğusunun özəlliyi odur ki, aksesuarın formasını dəyişdirmək mümkündür. "Microsoft"un nümayəndələri əmin ediblər ki, bu, qurğunu daşıma üçün mükəmməl edir, çünki o, baqajda demək olar ki yer tutmur.

"Maus" "Bluetooth 4.0/4.1" protokolu vasitəsilə kompüter və ya noutbukla sinxronlaşdırılır. Optik sensorun təsvir ölçüsü 1000 dpi təşkil edir. Aksesuar 4 rəngdə (çəhrayı, yaşıl, mavi və qara) əlçatandır.

(adsgarden = window.adsgarden || []).push({});