Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb


Digərləri 09 Noy 2019 08:43:00 275 0

Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb

Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Nəticədə sürücü xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Məmmədov Ağadadaş Nizami oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi maneəyə çırpılıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.