Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır


Digərləri 09 Noy 2019 08:46:00 366 0

Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır

Xiaomi şirkəti özünün Mi Watch adlı smart saat modelini təqdim etdi. İndi isə internetdə məlumat ortaya çıxıb ki, şirkət Mi Watch-un daha təkmilləşdirilmiş versiyasını satışa çıxarda bilər. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə əsasən şirkət artıq Mi Watch Pro modeli üzərində çalışır.

Son.az technote.az-a istinadən bildirir ki, Mi Watch Pro barəsində hələki heç bir məlumat verilməyib. Sadəcə olaraq məlum olan odur ki, adi Mi Watch-dan fərqli olaraq Pro model dairəvi gövdə və ekran əldə edəcək. Güman etmək olar ki, Pro modelin texniki göstəriciləri adi Mi Watch ilə eyni olacaq. Mi Watch Pro-nu dəqiq şəkildə bu il gözləmək lazım deyil.

(adsgarden = window.adsgarden || []).push({});