Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib


Digərləri 09 Noy 2019 03:34:00 265 0

Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib

Bakı. Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib. Məlumata əsasən, Nazir müavini Yunus Emre Karaosmanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffrinin rəhbərlik etdiyi nüməyəndə heyəti arasında görüş keçirilib. Görüşdə 17 oktyabrda ABŞ-la imzalanan sazişə dair məsələlər müzakirə edildi. (adsgarden = window.adsgarden || []).push({}); Nümayəndə heyətlərinin görüşündən sonra Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin