BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)


Digərləri 09 Noy 2019 00:17:00 55 0

BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı Dövlət Universitetində 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş “Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Bakı. Bakı Dövlət Universitetində 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş “Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu” mövzusunda dəyirmi masa keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, yuxarı kurs tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbiri Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb. Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan prorektor, Ümumdünya Elm Gününün UNESCO-nun qərarı ilə təsis edildiyini deyib. Bildirib ki, 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə ümumdünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Aydın Kazımzadə həmçinin Ümumdünya Elm Gününün məqsədinin beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaq olduğunu deyib. Sonra professor Aydın Kazımzadənin “Elmi-texniki tərəqqi dövründə təhsilin məzmunu və onun idarə edilməsi” mövzusunda məruzəsi dinlənilib. Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova “Müasir dövrdə elm cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir” adlı məruzə ilə çıxış edib. (adsgarden = window.adsgarden || []).push({}); Məruzələr əsasında çoxsaylı çıxışlar dinlənilib, iştirakçııların sualları cavablandırılıb. Tədbirin sonunda çıxışlarda səsləndirilən fikir və təkliflərin ümumiləşdirilərək rektorluğa təqdim ediləcəyi, universitetin gələcək inkişaf hədəfləri müəyyən edilərkən istifadə olunacağı qeyd edilib. Qeyd edək ki, Ümumdünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur like
  • 09 Noy 00:02  
Digərləri Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından

arrow Ətraflı
Günün qoroskopu: Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da... like
  • 09 Noy 00:01  
Digərləri Günün qoroskopu: Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur like
  • 09 Noy 00:01  
Digərləri Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından

arrow Ətraflı
Britaniyalılar İsveç vətəndaşlığı almağa tələsirlər like
  • 08 Noy 23:42  
Digərləri Britaniyalılar İsveç vətəndaşlığı almağa tələsirlər

Britaniyalılar İsveç vətəndaşlığı almağa tələsirlər.

arrow Ətraflı
Çinin ən varlı sakini odur like
  • 08 Noy 23:40  
Digərləri Çinin ən varlı sakini odur

Çinli sahibkar, "Alibaba" internet-mağazasının təsisçisi Cek Ma

arrow Ətraflı
Bu ölkə quraqlıqla mübarizəyə təqribən 60 milyon dollar vəsait ayırıb like
  • 08 Noy 23:38  
Dünya Bu ölkə quraqlıqla mübarizəyə təqribən 60 milyon dollar vəsait ayırıb

Çin Xalq Respublikasının Maliyyə Nazirliyi və Fövqəladə Halların İdar

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 08 Noy 23:36  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Plasido Dominqo Yaponiyadakı konsertindən imtina edib like
  • 08 Noy 23:33  
Digərləri Plasido Dominqo Yaponiyadakı konsertindən imtina edib

İspaniyalı tenor Plasido Dominqo 2020-ci ildə Yaponiyada keçiriləcək Olimp

arrow Ətraflı
Menopauza zamanı idman etməyin faydaları  Xanımların DİQQƏTİNƏ like
  • 08 Noy 23:31  
Digərləri Menopauza zamanı idman etməyin faydaları Xanımların DİQQƏTİNƏ

Qadın Sağlamlığı Təşəbbüsü (WHI) menopauza dövründə olan qadınlar

arrow Ətraflı