Fransada 500 min avro dəyərində şərab oğurlanıb


Digərləri 08 Noy 2019 23:01:00 310 0

Fransada 500 min avro dəyərində şərab oğurlanıb

Fransanın Bordo şəhərində şərab taciri oğruların qurbanı olub

Bakı. Fransanın Bordo şəhərində şərab taciri oğruların qurbanı olub. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, zərərçəkmiş tacirin şəxsi zirzəmisindən ümumi dəyəri təxminən 500 min avro təşkil edən nadir şərab növlərini oğurlayıblar. Məlumata görə, təcavüzkarlar tacirin evinin altındakı zirzəmidə pəncərəni sındırıb və ən qiymətli şərablarla dolu yüzə yaxın qutu aparıblar. Sahibinin dediyinə görə, qutularda "Chateau Petrus" və ya "Chateau Margot" kimi Bordoya aidlərdən başqa "Romane-Conti" də daxil olmaqla Burqundiya çeşidləri də saxlanılırdı. Oğurlanan çaxırlar arasında ən qədimləri bir neçə onillikdən qalmalar olublar. (adsgarden = window.adsgarden || []).push({}); Müstəntiqlər baş verənləri araşdırmağa çalışırlar, lakin indiyə qədər qonşular da daxil olmaqla heç bir şahid tapa bilmirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin