Onlar 2018ci ildə 8,5 trilyon dollar itirib


Digərləri 08 Noy 2019 23:00:00 272 0

Onlar 2018ci ildə 8,5 trilyon dollar itirib

Beşillik mütəmadi artımdan sonra 2018-ci ildə milyarderlərin ümumi varidatı 8,5 trilyon dollar azalıb. Buna güclü dollar və valyuta fondlarının qeyri-sabitliyi səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat İsveçrənin UBS bankının və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq konsaltinq kompaniyaları şəbəkəsinin məruzəsində öz əksini tapıb.

Bununla yanaşı, sənəddə dünyanın müxtəlif regionlarında vəziyyətin eyni olmadığı bildirilir. Asiyada beş il davam edən nəzərəçarpacaq artımdan sonra milyarderlərin var-dövlətinin azalması, Şimali və Cənubi Amerikada isə bir qədər artması müşahidə olunur. Belə ki, iqtisadiyyatın digər sahələrində çalışan sahibkarlardan fərqli olaraq, işgüzar maraqları texnologiya sektoruna cəmlənən amerikalı milyarderlər ötən il böyük uğurlara imza atıb.

(adsgarden = window.adsgarden || []).push({});