Gürcüstanda geylər haqda film etirazlara səbəb oldu


Dünya 08 Noy 2019 22:44:00 294 0

Gürcüstanda geylər haqda film etirazlara səbəb oldu

Tbilisinin mərkəzində "Amirani" kinoteatrının qarşısında İsveç-Gürcüstan istehsalı olan "Daha sonra biz rəqs etdik" filmi əleyhinə etiraz aksiyası keçirilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yüzlərlə insan iki kişinin qeyri-ənənəvi seksual oriyentasiyası haqda olan ekran işinə qarşı çıxır. Mitinqçilər arasında dindarlar da var. Onlar milli şüarlar səsləndirirlər. "Gürcüstan marşı" milli hərəkatının lideri Sandro Berqadzenin sözlərinə görə, aksiyaçılar filmin heyətinə qarşı yox, oradakı hadisələrə qarşı etiraz edirlər:

"Biz dünyada kişilik simvolu olan gürcü kişisinin homoseksual kimi təqdim olunmasını istəmirik".

Aksiyaçılardan bir neçəsi üzərində "LQBT-yə yox" yazılmış bayraqları yandırıblar.