Fil turistlərin gözü qarşısında ərazisinə gələn begemota dərs verdi VİDEO


Digərləri 08 Noy 2019 22:15:00 291 0

Fil turistlərin gözü qarşısında ərazisinə gələn begemota dərs verdi  VİDEO

Zimbabvedə "National Park"da turistlər fil və begemot arasındakı qarşıdurmanın şahidi olublar. Son.az bildirir ki, şahidlər tərəfindən çəkilən görüntülər "Newsflare" saytında yerləşdirilib.

Belə ki, begemot fillərin əhatə etdiyi su hövzəsinə tərəf getmək istəyib. Fillərdən biri bu hərəkəti bəyənməyib. Kadrlardan da göründüyü kimi fil sürətlə begemota tərəf gedib və xortumu ilə onu yaxalamağa çalışıb. Üstəlik yüksək səslə bağırmağa başlayıb. Begemot bundan qorxaraq sürətlə fildən qaçmağa çalışıb.

Qeyd edək ki, "National Park"da yüzə yaxın məməliyə rast gəlinir. Fil və begemotlarla yanaşı, burada aslanlar, fərqli cinslərdən olan itlər, çita və Afrika bəbirləri var. (ölkə.az)

(adsgarden = window.adsgarden || []).push({});