Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb


Digərləri 08 Noy 2019 21:25:00 262 0

Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb

Bu gündən Azərbaycanda 2019-cu il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 45-25 gün qalanadək, yəni 2019-cu il noyabrın 8-dən 28-dək verilir.

Bundan əlavə noyabrın 8-də Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır. Belə ki, tələblər səsvermə gününə azı 45 gün qalanadək təsdiqlənir.