İstirahət günlərində gözlənilən hava proqnozu


Digərləri 08 Noy 2019 20:30:00 271 0

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək. Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək. Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. (adsgarden = window.adsgarden || []).push({}); Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək. Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin