BDU-da 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)


Digərləri 08 Noy 2019 20:23:00 46 0

BDU-da 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)

Bakı Dövlət Universitetində (BDU) 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub.

Bakı. Bakı Dövlət Universitetində (BDU) 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət bayrağımız tələbələr tərəfindən səhnədə dalğalandırılıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitet bu gün Azərbaycan Respublikasının mühüm bayramlarından birini - Dövlət Bayrağı Gününü qeyd edir. O bildirib ki, bayraq namusumuzdur, qeyrətimizdir, bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu atributa hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı və onunla qürur duymalıyıq. O vurğulayıb ki, üçrəngli bayrağımız şərəfli bir yol keçərək bu gün müstəqil Azərbaycanın başı üzərində dalğalanır. Sovet dövründə olan təbliğata baxmayaraq xalqımız öz bayrağını ürəyində yaşatdı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Müstəqilliyimiz uğrunda mübarizənin qızğın çağında ümummilli lider Heydər Əliyevin bu qərarı o dövr üçün cəsarət tələb edən bir addım idi. Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu daxili və xarici siyasət aparılır. Bu siyasət nəticəsində bayrağımız beynəlxalq arenalarda dalğalanır. Rektor Elçin Babayev vurğulayıb ki, bayrağımız milli birliyimizin rəmzidir. Bu bayraq təkcə Azərbaycan ərazisində yaşayan vətəndaşlarımızı deyil, həm də dünya azərbaycanlılarını birləşdirir. Arzu edirəm ki, bayrağımız bütöv Azərbaycan üzərində, Qarabağda dalğalansın. (adsgarden = window.adsgarden || []).push({}); Sonra Dövlət Bayrağı Günü ilə bağlı videoçarx nümayiş olunub. BDU-nun Tarix fakültəsinin əməkdaşı, dosent Ələmdar Şahverdiyev məruzəsində Azərbaycan bayrağının keçdiyi uzun tarixi yoldan bəhs edib. Bildirib ki, bayrağımızın 3 rəngi xalqımızın əsrlərə dayanan tarixini özündə əks etdirir. Tarix fakültəsinin tələbələri Şəms Əlicanova və Rauf Əliyev, Filologiya fakültəsinin tələbəsi Nadir Rzazadə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Rəfiqə Nurəliyeva çıxışlarında Azərbaycan gənclərinin bayrağımız ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar bayrağımıza həsr olunan şeirlər səsləndiriblər. Tədbir bədii kompozisiya ilə davam edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb like
  • 08 Noy 20:19  
Kriminal Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Noyabrın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Ölkəyə qanunsuz yolla keçirilən dərmanlar aşkarlandı like
  • 08 Noy 20:14  
Kriminal Ölkəyə qanunsuz yolla keçirilən dərmanlar aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin

arrow Ətraflı
Xaçmazda evə basqın edən maskalı şəxsin kimliyi məlum olub like
  • 08 Noy 20:08  
Digərləri Xaçmazda evə basqın edən maskalı şəxsin kimliyi məlum olub

“102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq

arrow Ətraflı
Tramp 2 milyon dollar cərimələndi like
  • 08 Noy 20:00  
Digərləri Tramp 2 milyon dollar cərimələndi

Nyu York ştatının Ali məhkəməsi ABŞ Prezidenti Donald Trampın 2 milyon d

arrow Ətraflı
"Toyota" 1 mindən çox avtomobili geri çağırdı like
  • 08 Noy 20:00  
Dünya "Toyota" 1 mindən çox avtomobili geri çağırdı

"Toyota Motor" şirkəti Rusiyada 1,1 mindən çox "Land Cruiser

arrow Ətraflı
Müğənninin anası haqda şok iddia like
  • 08 Noy 19:57  
Şou-biznes Müğənninin anası haqda şok iddia

Müğənni Britni Spirsin anası Linn Spirs qətldə günahlandırılır.

arrow Ətraflı
Milyonlar qazanır, amma ofisiantın 5 avrosuna göz dikir like
  • 08 Noy 19:49  
Dünya Milyonlar qazanır, amma ofisiantın 5 avrosuna göz dikir

Sahib olduğu restoranlar və duz səpmə hərəkəti ilə dünya mediasında m

arrow Ətraflı
Avtomobildən pul və maqnitofon oğurlayan Gəncə sakini tutulub like
  • 08 Noy 19:44  
Digərləri Avtomobildən pul və maqnitofon oğurlayan Gəncə sakini tutulub

Avtomobildən pul və maqnitofon oğurlayan Gəncə sakini tutulub.

arrow Ətraflı
Tarixin ilk nəhəng canlılarının qəbiristanlığı tapılıb like
  • 08 Noy 19:39  
Dünya Tarixin ilk nəhəng canlılarının qəbiristanlığı tapılıb

Arxeoloqlar tarixin ilk nəhəng heyvanlarının qəbiristanlığını aşkar ed

arrow Ətraflı
İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub (FOTO) like
  • 08 Noy 19:35  
Digərləri İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nüm

arrow Ətraflı
Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi” like
  • 08 Noy 19:34  
Dünya Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident

arrow Ətraflı
Bakıda ticarət mərkəzindən qızıl oğurlandı like
  • 08 Noy 19:24  
Digərləri Bakıda ticarət mərkəzindən qızıl oğurlandı

Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı

arrow Ətraflı