İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub (FOTO)


Digərləri 08 Noy 2019 19:35:00 32 0

İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə lentə alınmış 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilən “Hər rəngində mən varam” filminin təqdimat mərasimi keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır. “Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. C.Məmmədov ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini hər sahədə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın milli dövlət atributlarını uca tutduğunu və konkret addımlarla bu ruhu gənclərə aşıladığını xüsusi vurğulayıb. Aİİ rektoru bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Qeyd edib ki, gənclərimiz sağlam ruhda böyüməli, milli-mənəvi dəyərlərimizi qorumalıdır. MDTF-nin icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixindən danışıb. Diqqətə çatdırıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. (adsgarden = window.adsgarden || []).push({}); M.İsmayılov daha sonra bildirib ki, Fond maarifləndirmə işini bir neçə istiqamətdə həyata keçirir. Bura müxtəlif mövzularda konfransların, seminarların, “dəyirmi masa”ların keçirilməsi, həmçinin kitabların nəşri, sosial videoçarxların və sənədli filmlərin hazırlanması daxildir. Maarifləndirmə işində həyata keçirilən layihələri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edir. Ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrindən söhbət açan M.İsmayılov bildirib ki, İnstitutun 43 tələbəsi bu il Fondun təsis etdiyi təqaüdlə təmin olunacaq. Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə lentə alınmış 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilən “Hər rəngində mən varam” filmi nümayiş olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi” like
  • 08 Noy 19:34  
Dünya Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident

arrow Ətraflı
Bakıda ticarət mərkəzindən qızıl oğurlandı like
  • 08 Noy 19:24  
Digərləri Bakıda ticarət mərkəzindən qızıl oğurlandı

Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı

arrow Ətraflı
Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutulub like
  • 08 Noy 19:24  
Digərləri Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutulub

Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutulub

arrow Ətraflı
8ci sinif şagirdinin qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanıldı like
  • 08 Noy 19:21  
Kriminal 8ci sinif şagirdinin qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanıldı

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 08 Noy 19:19  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Məktəbli qızın qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanılıb like
  • 08 Noy 19:15  
Digərləri Məktəbli qızın qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanılıb

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8

arrow Ətraflı
76 yaşlı qadının ölmüş ərinin külünü oğurladılar like
  • 08 Noy 19:14  
Dünya 76 yaşlı qadının ölmüş ərinin külünü oğurladılar

ABŞ-ın Nyu-Cersi ştatında naməlum şəxslər ölmüş şəxsin külünü o

arrow Ətraflı
“Məşğulluq” altsistemi istifadəyə verilib (FOTO) like
  • 08 Noy 19:10  
Digərləri “Məşğulluq” altsistemi istifadəyə verilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir innovativ yenili

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 08 Noy 19:09  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Noyabrın 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
“Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi Festivalı like
  • 08 Noy 19:04  
Kriminal “Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi Festivalı

9-10 noyabr Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, &quo

arrow Ətraflı
Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə like
  • 08 Noy 18:59  
Dünya Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə

Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə antiterror əməliyyatlar

arrow Ətraflı
ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib like
  • 08 Noy 18:58  
Digərləri ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr Dövlət Bayrağı Günü m

arrow Ətraflı
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu like
  • 08 Noy 18:54  
Şou-biznes Azərbaycanlı müğənnilər metroda mahnı oxudu

İTV-də yayımlanan "Yeraltı" layihəsi maraqlı addım atıb.

arrow Ətraflı
Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub  FOTO like
  • 08 Noy 18:49  
Kriminal Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub FOTO

Bu gün Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Xar

arrow Ətraflı
"AccessBank" tender elan edir like
  • 08 Noy 18:47  
Digərləri "AccessBank" tender elan edir

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

arrow Ətraflı