İki ay ərzində 100dən artıq şəxsə ovçuluq bileti verilib


Digərləri 08 Noy 2019 18:34:00 339 0

İki ay ərzində 100dən artıq şəxsə ovçuluq bileti verilib

"İki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, xarici vətəndaşlara ovçuluq biletlərinin verilməsi hələlik nəzərdə tutulmur: Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".

H.Əlizadə bildirib ki, vətəndaşlar ov icazələrinin alınması üçün yaşadıqları regional idarələrə müraciət etməlidirlər: "Vətəndaş ov icazəsinin alınması üçün ovçuluq biletini təqdim edir. Amma ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq, fərqlidir. Nazirlər Kabinetinin 176 saylı qərarında hər bir quşa, heyvana görə ayrılıqda müəyyən edilmiş ödəmə əmsalı qeyd olunub".