“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 90cı kitabı çapdan çıxıb


Siyasət 08 Noy 2019 18:19:00 53 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 90cı kitabı çapdan çıxıb

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir.

Son.az Trend-ə istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 90-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Çoxcildiyin 90-cı kitabında Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində İzmir şəhərində "Star" Neft Emalı zavodunun açılış mərasimində çıxışının mətni, Belarus Respublikasına rəsmi səfəri haqqında materiallar yer alıb. Nəşrdə Azərbaycan Prezidentinin İtaliya, Rusiya, ABŞ, İsveçrə, Mərakeş, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəsmi nümayəndələrini, habelə VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gəlmiş yüksəkvəzifəli şəxsləri qəbul etməsinə dair informasiyalar da verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Lerik, Qax rayonlarına, Şəki, Sumqayıt şəhərlərinə səfərləri zamanı iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin, eləcə də Ağdam rayonunda Muğam Mərkəzinin açılış mərasimlərində çıxışlarının, İmişlidə "ASAN həyat" Kompleksinin açılışı zamanı robot "Sofiya" ilə söhbətinin mətnləri ilə tanış ola bilər. Söhbət zamanı "ASAN xidmət"i Azərbaycanın milli brendi adlandıran Prezident deyib: "Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi vardır".

Nəşrdə dövlətimizin başçısının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasiminin, V Bakı Beynəlxalq Teatr Konfransının, Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına məktubları və digər məktublar toplanıb.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 90-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif! like
  • 08 Noy 18:17  
Digərləri Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

“Azercell Telekom” MMC yeni “Samsung smartfonları” kampaniyası çərç

arrow Ətraflı
Daimi nümayəndə: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın..." like
  • 08 Noy 18:14  
Siyasət Daimi nümayəndə: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın..."

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xari

arrow Ətraflı
Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq like
  • 08 Noy 18:10  
Digərləri Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq

Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədb

arrow Ətraflı
İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi like
  • 08 Noy 18:09  
Siyasət İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi

Son.az newtimes.az-ın yazısını təqdim edir:

arrow Ətraflı
Boşandığı arvadına ödəyəcəyi təzminat açıqlandı like
  • 08 Noy 18:04  
Digərləri Boşandığı arvadına ödəyəcəyi təzminat açıqlandı

Aktyor Necati Şaşmazın boşanma davasında bu gün qərar qəbul edilib.

arrow Ətraflı
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 90-cı kitabı çapdan çıxıb like
  • 08 Noy 18:00  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 90-cı kitabı çapdan çıxıb

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz

arrow Ətraflı
Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işləri bu tarixdə yekunlaşacaq like
  • 08 Noy 17:59  
Digərləri Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işləri bu tarixdə yekunlaşacaq

Metronun "Cəfər Cabbarlı" stansiyasında ikinci yolun bir hissəsin

arrow Ətraflı
Xalq artisti kimi ilk layihəsi bu oldu like
  • 08 Noy 17:49  
Şou-biznes Xalq artisti kimi ilk layihəsi bu oldu

Müğənni Röya Ayxan Xalq artisti kimi ilk layihəsini təqdim edib.

arrow Ətraflı
Dağlıq və dağətəyi rayonlarda meşəcinsli  ağacların əkilmə qaydaları - Mütəxəssis rəyi like
  • 08 Noy 17:46  
Digərləri Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilmə qaydaları - Mütəxəssis rəyi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tə

arrow Ətraflı
Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi like
  • 08 Noy 17:44  
Kriminal Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi

Rusiyanın Voloqda şəhərində azərbaycanlı onun sənədlərini yoxlayan pol

arrow Ətraflı
Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub (FOTO) like
  • 08 Noy 17:36  
Digərləri Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub (FOTO)

Bu gün Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Xar

arrow Ətraflı
Bakıda qadın kişini bıçaqladı like
  • 08 Noy 17:34  
Kriminal Bakıda qadın kişini bıçaqladı

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Günay Eyvazov

arrow Ətraflı
Elmar Məmmədyarov İordaniyanın yeni səfiri ilə görüşüb like
  • 08 Noy 17:29  
Siyasət Elmar Məmmədyarov İordaniyanın yeni səfiri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Kra

arrow Ətraflı
İki ay ərzində 100-dən artıq şəxsə ovçuluq bileti verilib like
  • 08 Noy 17:26  
Digərləri İki ay ərzində 100-dən artıq şəxsə ovçuluq bileti verilib

İki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçu

arrow Ətraflı