Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işləri bu tarixdə yekunlaşacaq


Digərləri 08 Noy 2019 17:59:00 313 0

Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işləri bu tarixdə yekunlaşacaq

Metronun "Cəfər Cabbarlı" stansiyasında ikinci yolun bir hissəsində aparılan təmir işlərinin gələn ilin mart-aprel aylarına başa çatdırılması gözlənilir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, təmir işləri başa çatdırıldıqdan sonra qatarlar hər iki yol ilə hərəkət edəcək.