Xalq artisti kimi ilk layihəsi bu oldu


Şou-biznes 08 Noy 2019 17:49:00 323 0

Xalq artisti kimi ilk layihəsi bu oldu

Müğənni Röya Ayxan Xalq artisti kimi ilk layihəsini təqdim edib.

Son.az xəbər verir ki, sənətçi bu dəfə Əməkdar artist Ədalət Şükürovun repertuarına müraciət edərək "Dedin yox" mahnısını ifa edib. Sözləri və musiqisi Şükürova məxsus bəstəyə kiçik dəyişiklik edilərək bir misra əlavə olunub. 

Müəllifi Tural Manaflı olan şeir R.Ayxan tərəfindən səsləndirilib. Xalq artisti sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub.  Sözügedən layihə Röya Ayxanın "YouTube" səhifəsində yayımlanıb. 

Bundan əlavə, mahnı "Apple Music", "Spotify", "Deezer", "Mood" kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

(adsgarden = window.adsgarden || []).push({});