BƏƏnin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək


Siyasət 08 Noy 2019 16:57:00 355 0

BƏƏnin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.

Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Son.az