Uşaq evlərinin sakinləri "Mənim sevimli bayrağım" rəsmlərini çəkiblər (FOTO)


Digərləri 08 Noy 2019 17:18:00 409 0

Uşaq evlərinin sakinləri "Mənim sevimli bayrağım" rəsmlərini çəkiblər (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib.

Bakı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində təşkil olunan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin sakinləri iştirak edib. Uşaq və yeniyetmələr Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə «Mənim sevimli bayrağım» mövzusunda müxtəlif rəsmlər çəkiblər. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin