"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...


Digərləri 08 Noy 2019 17:07:00 424 0

"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıda restoranların havaya tüstü buraxması ilə bağlı ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

"Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur. Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milorətraf md", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları , "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub. Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şahzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", " Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə və Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq:

"Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Restoranların təmizləyici qurğulara diqqət artırmaları çox mühümdür".