"Məni bura gətirməmisən soyundurmağa"


Şou-biznes 08 Noy 2019 16:58:00 300 0

"Məni bura gətirməmisən soyundurmağa"

Efirlərdə eyni imicdə (papaqla) görməyə alışdığımız prodüser-aparıcı Tarix Əliyevin (Tolik) papağını qonağı olduğu "5/5"də Zaur Kamal çıxarmaq istəyib.

Son.az xəbər verir ki, Zaur həmkarına "Tolik, deyirlər başına birə düşüb. Güya, başın keçəldir, ona görə papağı başından çıxarmırsan" sözləri ilə müraciət edib.

Tolik "Mən indi başıma "mezo" (iynə) elətdirirəm. Bir aydan sonra ola bilər ki, mən kepkasız çıxdım efirə. Həmişə qara kepka geyinirəm. Hamı elə bilir ki, bir dənədir, birə basıb. Elə deyil" cavabını verib.