Nazirlik havaya normadan çox tüstü buraxan restoranların adlarını açıqladı


Digərləri 08 Noy 2019 16:54:00 36 0

Nazirlik havaya normadan çox tüstü buraxan restoranların adlarını açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb. Trend-in məlumatına görə, nazirliyin nümayəndəsi Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıda restoranların havaya tüstü buraxması ilə bağlı ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb: "Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur. Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milorətraf md", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları , "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub. Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şahzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", " Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə və Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarıdır. Nazirlik rəsmisinin sözlərinə görə, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq: "Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Restoranların təmizləyici qurğulara diqqət artırmaları çox mühümdür". (adsgarden = window.adsgarden || []).push({}); V.Kərimovun sözlərinə görə, nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsini qaldıra bilər: "Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlayırıq, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa, onların fəaliyyəti dayandırılacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mariya Zaxarova: "Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir" like
  • 08 Noy 16:51  
Siyasət Mariya Zaxarova: "Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir"

"Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə m

arrow Ətraflı
BakıGəncə sürət qatarına əlavə vaqon qoşulur like
  • 08 Noy 16:49  
Digərləri BakıGəncə sürət qatarına əlavə vaqon qoşulur

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

arrow Ətraflı
Mariya Zaxarova: Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir like
  • 08 Noy 16:47  
Digərləri Mariya Zaxarova: Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir

Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdi

arrow Ətraflı
Albert Aqarunova ucaldılan heykəlin açılış tarixi bəlli oldu like
  • 08 Noy 16:44  
Digərləri Albert Aqarunova ucaldılan heykəlin açılış tarixi bəlli oldu

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldı

arrow Ətraflı
Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon 430 min manat ayrıldı - SƏRƏNCAM like
  • 08 Noy 16:42  
Digərləri Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon 430 min manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin la

arrow Ətraflı
Elçin Alıoğlunun təhsil resepti  ”Tələbə diplom almaq üçün nəsə ixtira etməlidir, yoxsa..." like
  • 08 Noy 16:41  
Digərləri Elçin Alıoğlunun təhsil resepti ”Tələbə diplom almaq üçün nəsə ixtira etməlidir, yoxsa..."

“Alim gərək uşağına hansı pulla çəkmə alacağını düşünməsin...

arrow Ətraflı
Prezident İlham Əliyev Kamboca kralını təbrik edib like
  • 08 Noy 16:40  
Digərləri Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Prezident İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu

arrow Ətraflı
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib like
  • 08 Noy 16:37  
Siyasət Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə tə

arrow Ətraflı
Albert Aqarunova ucaldılan heykəlin açılış tarixi bəlli oldu like
  • 08 Noy 16:36  
Digərləri Albert Aqarunova ucaldılan heykəlin açılış tarixi bəlli oldu

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldı

arrow Ətraflı
ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd like
  • 08 Noy 16:29  
Digərləri ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizə

arrow Ətraflı
Almaniyada şaxtada PARTLAYIŞ like
  • 08 Noy 16:29  
Dünya Almaniyada şaxtada PARTLAYIŞ

Almaniyada şaxtada partlayış olub.

arrow Ətraflı
“Sizin torbanızı mən tikmişəm?” like
  • 08 Noy 16:24  
Şou-biznes “Sizin torbanızı mən tikmişəm?”

Müğənnilər Sevil, Sevinc bacıları və prodüser Tarix Əliyev (Tolik) &quo

arrow Ətraflı