Bakıda qız qrup halda cinsi əlaqədə olmaqdan imtina edən rəfiqəsini öldürdü


Kriminal 08 Noy 2019 16:04:00 385 0

Bakıda qız qrup halda cinsi əlaqədə olmaqdan imtina edən rəfiqəsini öldürdü

Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Samirə Məmmədovanın (ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan evdə baş verib.

Vəfa Səlimova kirayə qaldığı evdə rəfiqəsi Samirə Məmmədovaya oğlanlarla münasibət qurub, cinsi əlaqədə olmağı təklif edib. Buna etiraz edən Samirə Məmmədova onunla qalmaq istəmədiyini deyib. Paltarlarının bir qismini toplayıb və anasının yaşadığı evə gedib.

Bundan sonra Samirə Məmmədova ilə Vəfa Səlimovanın münasibətləri pozulub.

Hadisə günü Samirə Məmmədova Vəfa Səlimovaya birlikdə kafeyə getmək barədə razılaşıb.

Vəfanı evdən götürmək üçün Samirə tanışı Samir Bağırovla birlikdə sonuncuya məxsus "Mercedes-Benz Vito" markalı avtomobillə yola çıxıblar, Vəfanın olduğu kirayə ev istiqamətində gəliblər.

Yolda Samirə Məmmədova Vəfa Səlimovanı tanışı Orxan Sultanovun "VAZ 2106" markalı avtomobilində görüb.

Samirə Vəfaya zəng vurub və ondan paltarını dəyişmək üçün kirayə qaldıqları evin açarını istəyib. Lakin Vəfa Səlimova evin açarını verməkdən imtina edib, sonra Samirə Məmmədovanı və ailə üzvlərinin ünvanına söyüş söyüb.

Bu səbəbdən onların arasında münqasibət daha da gərginləşib. Samirə Məmmədova tanışının avtomobilidən düşüb və Vəfa Səlimovanın oturduğu avtomobilə yaxınlaşıb.