Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq?


Digərləri 08 Noy 2019 16:19:00 319 0

Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq?

Azərbaycanda 2020- ci ilin yanvarın 1-dən etibarən uzun illərdir ki, əhalinin gözlədiyi İcbari Tibbi Sığorta sistemi tətbiq edilməyə başlanılacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqsədlə yaradılan İcbari Tibbi Sığorta üzrə  Agentlik 2016-cı ildən fəaliyyətə başlayıb.

2016-cı ildə tibbi sığorta pilot layihə kimi Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018- ci ildən etibarən isə Ağdaş rayonunda tətbiq edilir. 2019- cu il İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq ilidir. Hazırda bu istiqamətdə son tamamlama işləri həyata keçirilir. 

Qeyd edək ki, İTS sistemi baza və xidmətlər zərfindən ibarətdir. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Bura ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti daxildir. Xidmətlər zərfinə daxil edilən xidmətlərin siyahısının hazırlanmasının hansı mərhələdə olmasına cavab olaraq Agentlikdən "Qafqazinfo"ya bildirilib ki, ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib sənədlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bu arada əlavə edək ki, 2020-ci ildən artıq İTS haqlarının toplanılmasına başlanılacaq. Xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissədən istifadə etmək üçün isə İTS haqqı ödənilməlidir. 

Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər;

peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;

"Əmək pensiyaları haqqında" qanuna əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

"Sosial müavinətlər haqqında" qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

"Ünvanlı sosial yardım haqqında" qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər;

Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;

Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar,