İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı


Kriminal 08 Noy 2019 16:09:00 50 0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Gömrükçülər qanunsuz yolla ölkə ərazisinə narkotik vasitələrin, psixotrop maddələrin və dərman preparatlarının keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "İveco Ford" markalı yük avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun üzərində olan qara rəngli gödəkçənin hər iki cibindən, gömrük nəzarətinə bəyan olunmayan 20 ədəd "Tramadol 100" həbləri aşkar edilib.

Daha sonra avtomobilə "Maylo" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı isə xidməti it avtomobilin kabina olan hissəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Yoxlama zamanı avtomobilin kabinindən malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 7 ədəd müxtəlif ölçülü plastik qablarda, ümumi çəkisi 2532 qram olan narkotik vasitə - heroin, 3144 qram narkotik vasitə - tiryək, 373 qram psixotrop maddə - metamfetamin, 30 ədəd FM 40 nişanəsi olan metadon adlı həb və 0,575 litrlik qabda metadon məhlulu aşkarlanıb.

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək like
  • 08 Noy 16:07  
Digərləri BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said

arrow Ətraflı
Bakıda qız qrup halda cinsi əlaqədə olmaqdan imtina edən rəfiqəsini öldürdü like
  • 08 Noy 16:04  
Kriminal Bakıda qız qrup halda cinsi əlaqədə olmaqdan imtina edən rəfiqəsini öldürdü

Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdl

arrow Ətraflı
Elmar Məmmədyarov İordaniyanın yeni səfiri ilə görüşüb like
  • 08 Noy 16:01  
Digərləri Elmar Məmmədyarov İordaniyanın yeni səfiri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Kra

arrow Ətraflı
"Canavarların sayı təhlükəli həddə çatarsa..." like
  • 08 Noy 16:01  
Digərləri "Canavarların sayı təhlükəli həddə çatarsa..."

Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik

arrow Ətraflı
Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı like
  • 08 Noy 15:54  
Digərləri Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı

Daşkəsən rayonunda ana və azyaşlı övladı itkin düşüb. 

arrow Ətraflı
Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb like
  • 08 Noy 15:49  
Digərləri Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb

"Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb".

arrow Ətraflı
Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir like
  • 08 Noy 15:45  
Digərləri Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir

Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamə

arrow Ətraflı
Leyla Abdullayeva: "Mnatsakanyan anlamalıdır ki..." like
  • 08 Noy 15:44  
Siyasət Leyla Abdullayeva: "Mnatsakanyan anlamalıdır ki..."

"Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiq

arrow Ətraflı
Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək like
  • 08 Noy 15:41  
Digərləri Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar sabah Abşeron Milli Parkı

arrow Ətraflı
Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə like
  • 08 Noy 15:39  
Digərləri Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə

Vətənpərvər videolar hazırlamaqla Azərbaycanda məşhurlaşan Turxan, Nər

arrow Ətraflı
Metroya yeni qatarın gətiriləcəyi tarix AÇIQLANDI like
  • 08 Noy 15:34  
Digərləri Metroya yeni qatarın gətiriləcəyi tarix AÇIQLANDI

"Bakı Metropoliteni" qarşıdakı 3 il ərzində 60 yeni vaqonun alı

arrow Ətraflı