Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı


Digərləri 08 Noy 2019 15:54:00 341 0

Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı

Daşkəsən rayonunda ana və azyaşlı övladı itkin düşüb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 

Ellazəliyev Asif Qurban oğlu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı Ellazəliyeva Suğra Tofiq qızı azyaşlı övladı Ellazəliyeva Zeynəblə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.