Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq


Digərləri 08 Noy 2019 15:24:00 271 0

Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq

"Gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən əcnəbilər üçün 6725 yerlik kvotanın ayrılması nəzərdə tutulub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O, artıq kvotanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini, sənədin təsdiqinin gözlənildiyini söyləyib.