Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək


Digərləri 08 Noy 2019 15:14:00 304 0

Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni yaradılan "Məşğulluq" alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün ayrılan kvotaya nəzarəti elektron qaydada həyata keçirəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir. Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib:

"Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .