İt qadını ağzından dişləyib


Digərləri 08 Noy 2019 14:24:00 310 0

İt qadını ağzından dişləyib

Göyçayda qadın itin hücumuna məruz qalıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.