Fransa kanalında Azərbaycan mahnıları oxunacaq


Kriminal 08 Noy 2019 14:34:00 284 0

Fransa kanalında Azərbaycan mahnıları oxunacaq

Fransanın "Mezzo" klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları yenidən təqdim olunacaq.

Dekabr ayının 5-dək mütəmadi olaraq təkrarlanacaq konsertin növbəti  yayımı Bakı vaxtı ilə  noyabrın 8-i saat 22: 10 -da ,9 noyabr tarixində isə 14:00-da nümayiş olunacaq.

Konsertlə bağlı telekanal  öz efirində və sosial şəbəkə hesablarında anonslar təqdim edir.