Azərbaycanlı ekspertin həmmüəllif olduğu vəsait Avropa Şurasının saytında yerləşdirildi


Digərləri 08 Noy 2019 14:46:00 193 0

Azərbaycanlı ekspertin həmmüəllif olduğu vəsait Avropa Şurasının saytında yerləşdirildi

Avropa Şurasının "Mediada gender bərabərliyi və digər etikstandartların təşviqi" proqramı çərçivəsində Bakıda “GENDER BƏRABƏRLİYİ VƏ MEDİA” vəsaitinin təqdimatı keçirilib.

Bakı. Avropa Şurasının "Mediada gender bərabərliyi və digər etikstandartların təşviqi" proqramı çərçivəsində Bakıda “GENDER BƏRABƏRLİYİ VƏ MEDİA” vəsaitinin təqdimatı keçirilib. Trend-in məlumatına görə, vəsaitin təkmil hazırlanması, mövzu üzrə əhəmiyyətli bilgi verməsi nəzərə alınaraq, onun həm ingilis, həm də Azərbaycan dilində olan versiyaları Avropa Şurasının saytında yerləşdirilib. Vəsait yerli və beynəlxalq mütəxəssislərin həmmüəllifliyi ilə hazırlanıb. Azərbaycan üzrə müəllif JuHİ sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərlidir. Digər müəllif isə Belqrad Universitetinin Siyasi elmlər fakültəsinin professor Dr Yelena Surcilija Milojevic-dir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin