“FINCA Azerbaijan” Lənkəran və Salyan filiallarının rəsmi açılışını etdi (FOTO)


Digərləri 08 Noy 2019 14:25:00 212 0

“FINCA Azerbaijan” Lənkəran və Salyan filiallarının rəsmi açılışını etdi (FOTO)

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Lənkəran və Salyan rayonlarında yeni filiallarının açılışını edib.

Bakı. “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Lənkəran və Salyan rayonlarında yeni filiallarının açılışını edib. Lənkəran şəhərində keçirilən rəsmi açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib. Açılış mərasimində çıxış edən Timoti Tarrant deyib ki, “FINCA Azerbaijan”ın Lənkəran filialı yerləşmə baxımından bir çox cənub rayonlarına xidmət etmək imkanına sahibdir. Onun sözlərinə görə, yeni filial vasitəsi ilə Lənkəran, Astara, Lerik və Liman şəhərindən olan təkrar və yeni müştərilər FINCA-nın müxtəlif kredit məhsullarından faydalana biləcəklər. “FINCA öz işini irəli aparmaq istəyən kiçik sahibkarlara müxtəlif kredit məhsulları təqdim edir. Məqsədimiz Azərbaycanın bölgələrində insanların maliyyə dayanıqlılğını təmin etməkdir”,-deyə təşkilatın direktoru Timoti Tarrant deyib. FINCA eyni gündə Salyan filialının da rəsmi açılışını həyata keçirib. Salyan bazar adlanan əraziyə yaxın yerləşən yeni ofis kiçik sahibkarların ehtiyacına uyğun müxtəlif kredit məhsulları təklif edir. Hacıqabul, Neftçala, Şirvandan olan yeni və təkrar müştərilər də Salyan ofisi vasitəsi ilə kredit əldə edə bilərlər.